"Bir az yorğunuq. Çox vacib bir matç oldu. İlk dəqiqədən sona kimi komanda ruhunu əks etdirdik. Bu turnirdə komanda ruhunu ilk dəfə idi ki, gördük".
QOL.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün 1/8 finalında Avstriyaya qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.
Türkiyə millisi bu qələbə ilə 1/4 finala yüksəlib. Montella Niderlandla qarşıdan gələn oyuna da bu cür hazırlaşacaqlarını bildirib: "Çoxlu azarkeşimiz var. Onlar ehtiraslı, həvəsli və inanılmazdırlar. Bilirik ki, bütün dünyadakı türklər bizimlədir. Çox əzmlə çalışdığınız zaman arzularınıza çata bilərsiniz. Biz bunu etdik. Niderlandla oyuna da ən yaxşı və eyni şəkildə hazırlaşacağıq".
Montella artıq ilkin hədəflərinə çatdıqlarını qeyd edib: "Qrup mərhələsinə baxanda deyə bilərəm ki, heç bir matç asan deyil. Biz tək ürək kimi çıxış etməyə çalışdıq. Növbəti matç üçün hər şey mümkündür. Bilirik ki, bu, bir turnirdir. Düzünü desəm, birinci hədəfimiz 1/4 final idi".
Qeyd edək ki, Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq. İyulun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar