Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərfindən cəzalandırıla bilər.
QOL.az xəbər verir ki, buna səbəb müdafiəçinin qol sevincini türklüyün rəmzi hesab edilən "boz qurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.
Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.

Futbolçu özü isə oyundan sonra qol sevinci barədə bunları deyib: "Türk olduğum üçün çox xoşbəxtəm. Çox qürur duyuram. Qoldan sonra bunu iliklərimə qədər hiss edirəm. Ona görə belə bir şey hiss etmək istədim. Azarkeşlərimiz bizimlə qürur duyur. Tribunada "bozqurd" işarəsi göstərənləri görmüşdüm. Mən də bundan həvəsləndim. Olduqca normaldır. Burada heç bir mesaj yoxdur. Mən sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim”.

“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar