Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-ün 1/8 finalında bu gün Rumıniyaya qalib gəldikləri oyun haqda danışıb.
QOL.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 3:0 hesablı qələbəni şərh edən mütəxəssis oyunlarındakı problemlərdən də bəhs edib:
"Bəzən niyə zəif oynadığınızı və ya əksinə, böyük zirvələrə çatmağınızı izah etmək çətindir. Bu gün pis başladıq, amma sonra öz oyunumuzu tapdıq və rəqibə problemlər yaratmağa başladıq. Bəlkə də buna diqqət yetirməliyik ki, İkinci qolu vurmağımız çox çəkdi, amma ümumilikdə hücumçularımız rəqibə çoxlu problem yaratdı".
Kuman turnirdə asan rəqibin olmadığını əlavə edib: "Komandada çoxlu istedadlı futbolçularımız var, amma insanların bu heyəti 1988-ci ilin komandası ilə müqayisə etmələri üçün ilk növbədə böyük bir uğur qazanmalıyıq. O vaxtdan futbol çox dəyişib. Son bir neçə oyunda gördünüz ki, sözün həqiqi mənasında bütün komandalar növbəti mərhələyə çıxmaqda çətinlik çəkir".
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi