"İnter"in futbolçusu üçün il başa çatdı

"İnter"in futbolçusu üçün il başa çatdı
XƏBƏR 3 İyul 2024 / 23:15 1449
-  A +

Kanada millisinin və "İnter"in vingeri Teycon Byukenen 2024-cü ildə yığmaya və klubuna kömək edə bilməyəcək.

QOL.az xəbər verir ki, 25 yaşlı oyunçu Amerika Kubokunun matçlarına hazıqlıq zamanı zədələnib. Onun baldır sümüyü sınıb.

Tezliklə futbolçu əməliyyat olunacaq. Bildirilir ki, bundan sonra sağalması üçün təxminən 4-5 ay vaxt lazım olacaq.

Xatırladaq ki, Byukenen bu ilin yanvarında “İnter”ə keçib. O, komandada 10 oyuna çıxıb və 1 qol vurub.


Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə