Transfer çalışmalarını davam etdirən “Şamaxı” daha 2 legionerlə müqavilə imzalayır.
QOL.az saytına bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O bildirib ki, müdafiəçi Lubeni Haukonqo və hücumçu Morqan Ferrierin keçidi reallaşmaq üzrədir: “Hər iki oyunçu ilə razılıq əldə olunub. Tezliklə ölkəmizə gələcəklər. Tibbi müayinədən uğurla keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq”.
A.Abbasov əlavə edib ki, daha bir stopper axtarışı davam edir.
Qeyd edək ki, 23 yaşlı Lubeni Haukonqo Zamibiya millisinin üzvüdür. O, vətənində “Svakopmund” və “Eleven Arrovs”da forma geydikdən sonra 2019-cu ildə “Lill”in B komandasına cəlb olunub. Haukonqo daha sonra CAR-ın “Chippa United” və “Cape Taun Spurs” klublarında çıxış edib.
İngiltərəli Morqan Ferrierin isə 29 yaşı var. O, həm vinger, həm də mərkəz hücumçusu kimi çıxış edir. Vətənində aşağı liqa təmsilçiləri “Nottingem Forest”, “Ketterinq Taun”, “Krey Uonderers”, “Bishop's Stortford”, “Hemel Hempstead Taun”, “Boreham Vud”, “Dagenham & Redbridge”, “Boreham Vud”, “Uolsoll” və “Tranmere Rovers”də forma geydikdən sonra 2021-ci ildə İsrailin “Makkabi Petah Tikva” klubuna transfer olunub. Növbəti mövsümü “İroni Kiryat Şmona”da keçirən Morqan Ferrier 2022-2023 mövsümünün ilk yarısını Taylandın “Nakhon Ratşasima”, ikinci yarısını BƏƏ-nin “Al Urooba” klubunda forma geyib. İngilis forvardın son klubu “Hapoel Acre” olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya və Kamal Bayramovu da də heyətinə qatıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar