"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi Brazliyanın GE nəşrinə müsahibə verib.
QOL.az xəbər verir ki, dopinq cəzasına görə karyerasını erkən bitirməsindən danışan braziliyalı müdafiəçi "Neftçi"dəki günlərini də xatırlayıb.
Braziliya nəşri Bertuççinin Azərbaycanda ayda 30 min dollar maaş aldığını da yazıb. "Neftçi" karyerasında yaxşı pul qazandığını etiraf edən Bertuççi bu vəsaiti düzgün istifadə etmədiyini bildirib: "Milyonçu olmadım, amma varlandım. Zəngin oldum. Pul yığmaq, biznes qurmaq və karyeramdan sonrakı dönəm haqqında düşünmək üçün maliyyə biliyim yox idi. Sadəcə hər şeyi xərclədim. Hamısını mülklərə xərclədim. Birini alıb irəliləmək əvəzinə, birdən-birə bir dəstə almaq istədim. Hər şeyim var idi, amma əslində heç bir şeyim yox idi. Çünki heç bir nəticə vermədim.
Burada, Braziliyada üç-dörd maşınım var idi. Xaricdə yaşayırdım və istifadə etmədiyim maşınlar üçün pul ödəyirdim. Enerjini gecə klublarında istifadə edirdim. Gecə həyatı məni təhlükəyə atırdı".
2012-2014-cü illərdə “Neftçi”də çıxış edən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib. "Neftçi"dən getdikdən sonra dopinq testi müsbət çıxdığına görə 2 illik futboldan uzaqlaşdırılan Bertuççi 2019-cu ildə - 29 yaşında karyerasını başa vurub.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu