"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Flamenqo"da çıxış edən Juninyo ölkəsi Braziliyada bir klubun maraq dairəsinə düşüb.
QOL.az bu barədə Braziliya mediasına istinadən xəbər verir.
"ESPN" yazır ki, Juninyo A seriyası təmsilçisi "Bahia"nın 2026-cı il üçün transfer hədəfləri arasına daxil olub. Bildirilir ki, klub 29 yaşlı forvardın transfer şərtlərini öyrənib və mövsümün sonunda rəsmi addım atmağı düşünür. Bununla belə, "Bahia" hələ ki, "Flamenqo" ilə danışıqlara başlamayıb. Klub yeni “9 nömrə” üçün bazarda başqa alternativləri də dəyərləndirir.
Onu da qeyd edək ki, QOL.az-a daxil olan xəbərə görə, "Qarabağ" da sabiq hücumçusunu icarə qaydasında geri qaytarmaq istəyir. Lakin "Flamenqo" hələlik onların bu istəyinə cavab verməyib.
Bu ilin əvvəlində "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyo bir çox oyunda iştirak etməyib. O, son günlərdə Filipe Luisin komandasında yenidən şans qazanıb və Libertadores kubokunun finalında da bir neçə dəqiqə meydanda olub. Buna baxmayaraq, braziliyalının yeni mövsümdə "Flamenqo"da qalıb-qalmayacağı hələlik bəlli deyil. Tərəflər yaxın həftələrdə futbolçunun gələcəyini müzakirə etmək üçün görüşəcək.
Qeyd edək ki, Braziliyada bu mövsümə dekabrın 7-də yekun vurulacaq. Artıq Juninyo "Flamenqo" ilə birgə ölkə çempionu adını qazanıb.
Əlavə edək ki, bu mövsüm 26 oyuna çıxan Juninyo 7 dəfə start heyətində yer alıb və 4 qolun müəllifi olub. Onun klubla müqaviləsi 2028-ci ilin sonunadəkdir.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı