“Qarabağ”ın 34 yaşlı müdafiəçisi Bədavi Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Ardıcıl ikinci matçda da uzun müddət “Karvan-Yevlax”ın qapısına yol tapa bilmirdiniz. Bunu necə dəyərləndirmək olar?
- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Üstəlik, baş məşqçi dəyişikliyi olub. Böyük həvəslə oynayırlar. Başa düşürdük ki, kubok görüşü çempionatdan fərqlənir. “Karvan-Yevlax” böyük motivasiya ilə oynayırdı. Bütün bunlara baxmayaraq, öz oyunumuzdan əl çəkmədik. Sona qədər mübarizə apardıq. Öz vaxtımızı gözləyirdik. Ötən oyunda sona yaxın rəqibin müdafiə xəttində boşluqlar yaranırdı. Bu dəfə də elə olacağını ehtimal edirdik. Ona görə səbr etdik və sonda ardıcıl qollar vuraraq qələbə qazandıq.
- Sıx qrafiki nəzərə alaraq yəqin ki, oyunun əlavə vaxta getməsini istəmirdiniz...
- Bəli, istəmirdik. Lakin 120 dəqiqə oynamağa da hazır idik. Ümumilikdə isə əlbəttə, əlavə 30 dəqiqə mübarizə aparmaq daha çox güc itirməyimizə səbəb olardı. Ona görə də çalışırdıq oyunun taleyini 90 dəqiqədə həll edək.
- Şənbə günü çempionatda ən yaxın izləyiciniz “Zirə” ilə görüşəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Bu, artıq “Ayaks”la oyun öncəsi son sınağımızdır. Lazımi tempi saxlamaq üçün “Zirə” ilə görüş vacibdir. Düşünürəm ki, Çempionlar Liqası öncəsi yaxşı sınaq olacaq. “Zirə” çox güclü kollektivdir. Ona görə də bizi maraqlı oyun gözləyir.
- İndi Bütün fikriniz “Ayaks”la oyunda deyil?
- Yox. Çempionat bizim üçün vacibdir. Rəqiblər bizə qarşı çox ciddi mübarizə aparırlar. Rahatlaşmağa imkan vermirlər. Ona görə də həm formamızı qorumaq, həm də çempionluq baxımından hər matç önəmlidir.
- Hazırda “Ayaks” Çempionlar Liqasında xal toplamayıb və azarkeşlər “Qarabağ” mütləq bu rəqibi məğlub etməlidir deyə düşünürlər. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır?
- Təzyiq yoxdur. Biz elə vəziyyətə çatmışıq ki, hamı “Ayaks”ı mütləq məğlub etməliyik deyə düşünür. Lakin rəqib heç də zəif deyil. İstənilən halda “Ayaks” “Ayaks”dır. Üstəlik, son turlar Niderland çempionatında işləri qaydasına düşüb. Ona görə bizimlə matça da çox ciddi yanaşırlar. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik.
- Bu oyunu “Qarabağ” üçün pley-off baxımından həlledici saymaq olar?
- Çox irəli getmək istəməzdim. Başa düşürəm, hamı “Qarabağ”ı pley-offda görmək istəyir. Biz isə bunu hamıdan çox istəyirik. İndi yalnız “Ayaks”la matçı düşünməliyik. Sonrasına baxacağıq.
- Mətbuatda belə xəbərlər yayılıb ki, mövsümün sonunda karyeranızı başa vura bilərsiniz. Bu, nə dərəcədə doğru informasiyadır?
- Bilmirəm, bu xəbər necə çıxıb. Bəlkə məni tez yola salmaq istəyirlər? (gülür) Bu, doğru xəbər deyil. Necə ortaya çıxdığını da bilmirəm. Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim?!
- Şər deməsən, xeyir gəlməz. Birdən Qurban Qurbanov növbəti mövsüm üçün xidmətinizə ehtiyac duymasa, sizi başqa klubda görə bilərik?
- Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, hoca belə deməz (gülür).
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı