“Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır”
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Karvan-Yevlax" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib. Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini və 80-ci dəqiqəyə qədər ciddi müqavimət göstərdiyini vurğulayıb:
“Rəqib sənə oynamaq imkanı vermir, sən də axtarışda olursan ki, onu səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzuli Məmmədova uğurlar arzulayıram”.
"Qarabağ"ın baş məşqçisi Ağdam klubunda 800-cü oyununu arxada qoymasına münasibət bildirib. O, bu statistikanı şəxsən hesablamadığını, lakin uğurlu rəqəmlərin ona əlavə motivasiya verdiyini qeyd edib:
“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, niyə də 1000-ə çatmasın? Uğursuz olduğu halda isə bəlkə də bunun xüsusi mənası qalmaz. Hər bir halda üzərimizə düşən işi yerinə yetirməliyik. Qarşıdakı illərdə də daha intizamlı və məsuliyyətli olmağa çalışacağıq.”
Mütəxəssis Avrokubok matçlarında “Qarabağ”ın 65-70-ci dəqiqələrdə daha çox qol buraxması məsələsinə də aydınlıq gətirib:
"Bunun, hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib