Birinci divizionun lideri “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbovun Qol.az saytına müsahibəsi
- “Qaradağ Lökbatan” hazırda ilk pillədədir. Yəqin ki, mövsümün sonuna yaxınlaşdıqca komandanızda Premyer Liqada oynamaq həvəsi daha da artır.
- Komandalar ikinci dövrəyə yaxşı hazırlaşıblar. Müəyyən qədər güclənən rəqiblərimiz var. “Mil Muğan”, MOİK, “Zaqatala” və “Şahdağ”ı qeyd etmək olar. Hiss olunur ki, finişə yaxınlaşıdqca mübarizə güclənir. Biz də öz yolumuzla getməyə çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, çempion olaq. İtkilərimiz az olsa, finişə tez çatacağıq.
- İndiyədək birinci divizionun çempionu olan komanda Premyer Liqaya yüksələ bilməyib. “Qaradağ Lökbatan” yenə çempion olsa, bu aqibəti yaşaya bilər?
- Bu dəfə məsələ bir az fərqlidir. Bizim klubun akademiyası da var. Mövsümün əvvəlində rəhbərlik qarşımıza məqsəd qoyanda lisenziya ilə bağlı tapşırıqlar da verilib. Bu yöndə işlər aparılır. AFFA-ya da bu haqda məlumat verilib. Məşqçilərimizin hər birinin lisenziyası var. Rəhbərlik klubun lisenziya alması məsələsində diqqətlidir. Çalışırlar ki, mövsümün sonunda problemimiz olmasın. Bəli, hər il görürük ki, birinci divizionun çempionu Premyer Liqaya buraxılmır. Ancaq bizim klubumuzun infrastrukuturu yaxşıdır. Yüksək liqaya vəsiqə qazanmaq hər bir komandanın arzusudur. Biz də bu arzu ilə çalışırıq Biz qarşımıza qoyulan məqsədə doğru gedirik.
- Ümumiyyətlə, komandanız Premyer Liqaya hazırdır?
-“Qaradağ Lökbatan” çempion olduqdan sonra ardıcıl bir neçə il bu uğuru qazana bilməyib. Bu gün futbolçulara onu xatırladırıq ki, sabah yüksək liqaya vəsiqə qazananda özlərində tələbkarlığı bir qədər də artırsınlar. Əks halda əksər futbolçularla vidalaşmalı olacağıq. Biz zəif mövqeləri gücləndirmək üçün əcnəbi futbolçular gətirməməliyik. Azərbaycan futbolçuları üçün çox gözəl fürsət yaranıb. Təbii ki, Premyer Liqaya vəsiqə qazansaq, dəyişikliklər olacaq.
- Birinci divizionun səviyyəsi necədir, yaxşı futbolçular yetişirmi?
- Gələn mövsüm üçün birinci divizionda həvəsləndirici nəsə olmalıdır. Bu barədə Məşqçilər Komitəsinin üzvləri ilə görüşümüzdə də danışmışam. Klubların maliyyə dayaqları da artmalıdır. Bir qədər nəsil dəyişikliyi olmalıdır. Ancaq bunu elə etmək lazımdır ki, hiss olunmasın. Nə qədər gənc futbolçularla oynamaq olar? Gənclərin yanında təcrübəli futbolçu da olmaldır ki, ondan nəsə öyrənsinlər. Təcrübəli, peşəkar futbolçunun da birinci divizionda oynaması üçün həvəsləndirici nəsə olmalıdır.
- Bir qədər də milli komandamızın Qazaxıstanla yoldaşlıq oyunu haqda danışaq.
- Komandamız uduzsa da, pis təsir bağışlamadı. Buraxılan qolda müdafiəçilərimizin səhvi oldu. Ancaq futbolçularımız topu az itirirdilər, müdafiədən hücuma tez keçirdilər. Ümumiyyətlə, pis təsir bağışlamadılar. Düzdür, məğlubiyyət reytinqimizə təsir göstərəcək, amma komanda pis oynamadı.
- Ancaq komandamız bir qol epizodu da yarada bilmədi.
- Bəli, qoldan sonra rəqib müdafiəyə çəkildi və bütün keçidlərimizi bağladı. İki dayaq yarımmüdafiəçisi ilə oynayırdılar. Komandamızın kombinasiya qurmağına imkan vermirdilər. Buna görə də millimiz rəqib qapısı qarşısında təhlükə yarada bilmədi. Qazaxıstan millisinin yarımmüdafiə xətti güclü idi.
- Bizdə isə cinahlarda sürətli keçidləri olan Araz Abdullayev yarımmüdafiənin mərkəzində çıxış edirdi.
- Komandamız uzun fasilədən sonra bir araya gəldi. Yəqin ki, bundan sonra səhvlərini düzəldəcəklər. Qazaxlar da Arazın cinahda oynayacağını düşünürmüş. Onların heyətinə baxanda bunu başa düşmək olurdu. Yəqin ki, Arazı mərkəzdə oynatmaqda baş məşqçinin öz məqsədi olub. Araz mərkəzdə oynamaqla hücumun tez qurulmasında komandaya kömək edə bilər. Bundan əlavə, onun uzaqdan qüvvətli zərbələri də var. Hər halda Arazı hücum quruculuğu üçün o mövqedə sınadılar.
Ramiq AĞAMƏMMƏDOV
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil