Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov Qazaxıstanla bu gün keçirəcəkləri yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb
- Qazaxıstanla yoldaşlıq görüşünün hazırlığını artıq yekunlaşdırmısınız. Hazırlıq necə alındı?
- Toplanış çox yaxşı keçdi. Bildiyiniz kimi, Qazaxıstanla oyun yoldaşlıq görüşü xarakteri daşıyır. Buna baxmayaraq, matça ciddi hazırlaşırıq. Sabah qələbə qazanmağa çalışacağıq.
- Zədənizlə bağlı hansıs bir probleminiz qalmayıb?
- Düzdür, ayağımda bir qədər ağrılar oldu. Bu üzdən, ilk vaxtlar komanda ilə birgə məşq etmədim. Ancaq indi hər şey normaldır. Kollektivlə son hazırlıqlarda iştirak etdim.
- Uzunmüddətli fasilədən sonra yenidən milli komandaya qayıtdınız. Baş məşqçinin etimadını doğruldacağınıza inanırsınızmı?
- Əlbəttə, yığmaya yenidən çağırıldığım üçün çox sevinirəm. Çünki uzun müddət idi millidən kənarda qalmışdım. Ağır zədədən sonra əvvəlki formamı bərpa edib, yenidən yığmaya dönmək üçün çox çalışdım. O ki qaldı Qazaxıstanla oyuna, baş məşqçi şans versə, təbii ki, əlimdən gələni edəcəyəm. Həm özümü meydanda yaxşı tərəfdən göstərməyə, həm də komandaya xeyir verməyə çalışacağam.
- Qazaxıstanın güclü və zəif cəhətlərini təhlil etmisiniz?
- Bəli, təhlil etmişik. Yoldaşlıq oyunu olsa da, rəqib barədə ətraflı məlumat toplamışıq. İstənilən halda, sabah meydana qələbə üçün çıxacağıq.(sportnet.az)
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır