Topaz Premyer Liqanın 23-cü turu çərçivəsində "İnter" evdə "Qarabağ”la 1:1 hesabı ilə bərabərə qalıb.
Matçdan sonra meydan sahiblərinin yeganə qolunun müəllifi Nizami Hacıyev jurnalistlərə müsahibə verib:
- Qələbəni sona yaxın əldən verdiniz. Bu qarşılaşmanı necə xarakterizə edərdiniz?
- Rəqib komandanı təhlil etmişdik və çətin olacağını bilirdik. Hər şey gözlədiyimiz kimi oldu. Bu gün 1 xal qazandıq. Çünki qarşımızdakı son 2 mövsümün qalibi olan komanda idi. Yenə deyirəm, ölkənin ən güclü komandası ilə dueldən 1 xal qazandıq. Bunu deməkdə yanılmıram. Düzdü, qolu son dəqiqələrdə buraxdıq. Amma rəqib bir qədər əvvəl də qol vura bilərdi. Məncə, heç-heçə ədalətli nəticədi.
- Sona yaxın nə baş verdi ki, üstünlüyü rəqibə verdiniz?
- Müdafiə ilə bağlı problemlər yarandı. Bunu müzakirə etmək istəmirəm, çünki mənim səlahiyyətimdə deyil. Baş məşqçi var, səhvləri, nöqsanları deyəcək. Yorğunluq var idi. "Qarabağ” fiziki baxımdan ən hazırlıqlı komandalardandı. Ümumi götürdükdə, komandamız yaxşı oynadı.
- Fasilədən sonra hücuma çıxmaq haqda sanki düşünmürdünüz. Hesabı qorumaq üçün bu taktikaya keçməyiniz erkən deyildi?
- Qolu vurduqdan sonra, hesabı qorumağa çalışdıq. İndi nə desək gecdi, çünki oyun başa çatıb, komandalar hərəyə 1 xal qazanıb. Nəticə məlumdu. Razıyam ki, müdafiəyə erkən çəkildik. Rəqibi əks-hücumlarda da tuta bilərdik. Nə isə... Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün də sona qədər mübarizə aparacağıq.
- Avrokuboklara vəsiqəni çempionatdan, yoxsa ölkə kubokunu əldə etməklə yollanmaq istəyirsiniz?
- Əsad diqqətimizi çempionata yönəltmişik. Təbii ki, mümkün olsa, kuboku qazanmağa çalışacağıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Əksər futbolçumuz zədəlidi, əlimizdə istədiyimiz qədər material yoxdu.
- Qış fasiləsindən sonra 5 oyun keçirmisiniz və cəmi 5 xal qazanmısınız. Bu nəticəni "İnter” üçün qənaətbəxş hesab etmək olar?
- Xeyr, yaxşı nəticə deyil. Amma arxada qalan oyunlar haqda danışmaq da gecdi. Yaxşı hazırlaşmamışdıq. Bu, bütün komandanın səhvidi. Bundan sonra yaxşı olacağını düşünürük.
Mənbə: sport7.az
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı