Bakının “İnter” klubu sabah Topaz Premyer Liqanın 23-cü turunda çempionatın lideri “Qarabağ”ı qəbul edəcək. Komandanın müdafiəçisi Ruslan Əmircanov oyunqabağı Qol.Az-ın suallarını cavablandırıb.
- Son turda “Kəpəz”ə qalib gəldiniz. Uzun fasilədən sonra meydanda 90 dəqiqə mübarizə apardın. Durumundan razı qaldın?
- Hələ bir neçə tur əvvəl də meydana çıxmağa hazır idim. Sadəcə, baş məşqçimizin mənə şans verməyini gözləyirdim. Son oyunda bu şansı qazandım və 90 dəqiqə meydanda oldum. Deyə bilmərəm ki, super oynadım, ancaq komandamın qələbə qazanmasında mənim də payım oldu. Hər şey qaydasındadır, ağrılarım yoxdur. Məşqlərdə çox çalışıram. Əvvəlki formamı bərpa etmək üçün bir az vaxt lazımdır. Getdikcə formaya düşəcəm.
- Deyəsən, komandanız da indi-indi formaya düşür. Qış fasiləsindən sonra ilk qələbənizi qazandınız.
- Təlim-məşq toplanışı zamanı yaxşı formada idik. Sadəcə, qalib gəlməli oyunlarda xallar itirdik. Bəlkə də oyunumuzu indi tapırıq. Bəxtimiz də gətirmirdi. Bizə bir qələbə lazım idi ki, onu da “Kəpəz”lə oyunda bacardıq. Gördüyünüz kimi, “Kəpəz” son turlarda rəqiblərinə aman vermirdi. Bu qələbə bizə hava və su kimi lazım idi.
- Qarşıdan “Qarabağ”la oyun gəlir. Bu görüş haqda nə düşünürsən?
- Rəqibimiz haqda danışmağa ehtiyac yoxdur. Hamı “Qarabağ”ın gücünə bələddir. Biz də zəif komanda deyilik. Bəli, “Qarabağ”ın təkcə adı bizə bəs edir ki, oyuna məsuliyyətlə yanaşaq. Ancaq rəqibdən çəkinmirik. “Qarabağ”ın güclü olması o demək deyil ki, onlardan qorxuruq. Komandamızda yaxşı ab-hava var. Onu da bilirik ki, əvvəlki oyunlardakı səhvləri bu dəfə də etsək, məğlub olacağıq. Çünki “Qarabağ” səhvi bağışlamır. Çalışacağıq ki, səhvsiz oynayaq.
- “Qarabağ” da son vaxtlar sabit oynamır. “İnter” indiki vaxtda bu rəqibinə qalib gələ bilər?
- Çempionat elə gedir ki, kimin qalib gələcəyini bilmək olmur. Yəni aşkar favorit göstərmək çətindir. Heç kim deyə bilməzdi ki, AZAL “Qarabağ”a qalib gələcək. Məncə, zəif komanda yoxdur, zəif hazırlıq var. Rəqibi yaxşı analiz edəcəyik.
- “İnter” hər zaman çempionluğa oynayıb. İndi əsas hədəf nədir? Çempionluq, yoxsa ilk “üçlük”də qərarlaşmaq?
- Heyətimiz zəif deyil. Hər şey komandanın özündən asılıdır. Rəhbərlik də əlindən gələni edir ki, futbolçuların heç bir qayğısı olmasın. Hazırda heç bir problemimiz yoxdur. Düzdür, köhnə borclar var, ancaq bu barədə danışmağa dəyməz. Klbubun vəziyyətini nəzərə alırıq. Nəticəni futbolçular qazanır. Biz komandanı uçuruma da apara bilərik, zirvəyə də. Komandamızda elə futbolçular cəmləşib ki, hər biri mübariz keyfiyyətə malikdir. Meydanda sona qədər can qoyuruq ki, komandamızın əvvəlki imicini qoruyaq. Biz həmişə çempionluğa oynamışıq. Yüksək yerlər uğrunda oynamaq üçün indi də potensialımız var.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı