Cənubi Amerika kubokunu yenə onlar qazandılar

Cənubi Amerika kubokunu yenə onlar qazandılar
DÜNYA FUTBOLU 22 Noyabr 2026 / 09:00 131
-  A +

Cənubi Amerika kubokunun (Copa Sudamericana) finalında “Atletiko Mineyro” (Braziliya) ilə “Boka Xuniors” (Argentina) komandaları üz-üzə gəlib.

QOL.az xəbər verir ki, Kolumbiyanın Barankilya şəhərindəki “Metropolitano Roberto Melendes” stadionunda keçirilən qarşılaşma Argentina təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Boka Xuniors”un heyətində Santyaqo Askasibar 16-cı, Migel Merentyel isə 48-ci dəqiqədə fərqlənib. 

Beləliklə, “Boka Xuniors” tarixində üçüncü dəfə Cənubi Amerika kubokunun qalibi olub. Bu turnirin tarixində heç bir komanda əvvəllər üç dəfə çempionluq yaşamamışdı. “Boka Xuniors” bundan əvvəl 2004 və 2005-ci illərdə Cənubi Amerika kubokunun qalibi olub.


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner