Paredes müsahibə zamanı huşunu itirdi

Paredes müsahibə zamanı huşunu itirdi
DÜNYA FUTBOLU 22 Noyabr 2026 / 12:25 124
-  A +

“Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredes Cənubi Amerika kubokunun finalında “Atletiko Mineyro” ilə oyundan sonra müsahibə zamanı huşunu itirib.

QOL.az xəbər verir ki, 32 yaşlı argentinalı futbolçu jurnalist Marselo Benedetto ilə söhbət edərkən özünü pis hiss edib və yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib.

Paredes hələ matç zamanı başgicəllənmədən şikayətlənib və 58-ci dəqiqədə əvəzlənməsini istəyib. Huşunu itirdikdən sonra futbolçu xəstəxanaya aparılıb.

Argentina mətbuatının məlumatına görə, onun vəziyyətinin pisləşməsinə Kolumbiyanın Barankilya şəhərindəki güclü istilər fonunda təzyiqinin düşməsi səbəb ola bilər.

Daha sonra Paredes özünü yaxşı hiss etdiyini bildirib və azarkeşlərə dəstəyə görə təşəkkür edib.


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner