Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən ay Polşada şahmat üzrə şəxsi Avropa çempionatı keçirilib. Azərbaycan təmsilçiləri də bu yarışda uğurlu çıxışla yadda qalıblar. Belə ki, Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb. Aprelin 20-sində təşkil edilən bağlanış mərasimində N.Abasov və A.Süleymanlıya medallar və kubok təqdim olunub.
Nicat Abasov 2009-cu ildə Beynəlxalq usta (IM), 2011-ci ildə Qrossmeyster (GM) tituluna layiq görülüb. O, 2017-ci ildə Azərbaycan çempionu və “Baku Open” turnirinin qalibi olub. Sözügedən idmançı 2023-cü ildə keçirilən dünya kubokunda (FIDE World Cup) sensasiya yaradaraq yarımfinala yüksəlməyi bacarıb. N.Abasov yarışda dünyanın güclü şahmatçılarını, məsələn, Aniş Giri, Peter Svidler və s. məğlub edib. O, turniri 4-cü yerdə başa vurub.
Bugünkü həmsöhbətimiz də məhz Nicat Abasovdur.
- Nicat bəy, əvvəlcə Polşada keçirilən şahmat üzrə şəxsi Avropa çempionatından danışaq. Yarışda 2-ci yeri tutdunuz. Çempionat necə keçdi?
- Çempionat gərgin keçdi. Son tura qədər 5 fərqli şahmatçı çempion ola bilərdi. Bu da yüksək rəqabətin göstəricisidir. Ümumilikdə Avropa çempionatında həmişəkindən daha artıq oyunçu var idi. Bu dəfə 500-dən çox şahmatçı iştirak edirdi. Bu da yarışa bir fərqlilik qatmışdı. Ümumiyyətlə, maraqlı yarış oldu.
- Yarışın gedişatında liderliyə də yüksəlmişdiniz...
- Təbii ki, çempionluğun bir addımlığında idik. Amma şəxsən mən bunu “itirilmiş qızıl” kimi deyil, “qazanılmış gümüş” kimi görürəm.

- Maraqlıdır, şahmata gəlişiniz necə olub?
- Şahmata gəlməyim maraqlı bir hadisə idi. 1-ci sinifdə oxuyurdum. Əlifba bayramında valideynlərimizlə bir tamaşa hazırlamışdıq. Tamaşanın sonunda Şaxta Baba bütün şagirdlərə bir hədiyyə bağışladı. Kiməsə top, kiməsə qələm. Mənə isə bir oyun düşdü. Evə gəlib atama göstərdim ki, belə bir hədiyyə veriblər mənə. Atam da izah etdi ki, bu şahmatdır. Gedişləri öyrətdi və ondan sonra demək olar ki, şahmatdan ayrılmadım. Artıq 23 ildən çoxdur.
- Bu günə qədər şahmatda sizə ən böyük dəstəyi kim göstərib?
- Şahmatçı olmağımda təbii ki, valideynlərimin dəstəyi çox böyükdür. Xüsusən də uşaq yaşlarında bu dəstək çox vacibdir.
- Bəs şahmatçı olmasaydınız, hansı idman növü ilə məşğul olardınız?
- Şahmatçı olmasaydım… Əvvəl çox futbol oynayırdım. Yəqin ki, futbolçu olardım. Amma ayağımda çarpaz bağ qopduqdan sonra əməliyyat olundum. Ona görə də futbol oynamağım azalıb. Demək olar ki, artıq oynamıram. Amma padellə maraqlanıram. Düşünürəm ki, padellə peşəkar səviyyədə məşğul olardım.
- Daha çox qələbə qazanmağa köklənirsiniz, yoxsa yeniliklər etməyə, oyuna maraq qatmağa?
- Yeniliklər edərək qələbə qazanmağa çalışıram.
- Şahmata başlayanda bu qədər uğurlar qazanacağınızı desəydilər, inanardınız?
- 2003-cü ilin 8 yanvar tarixində ilk yarışıma qatılmışdım. Bu yarışda keçirdiyim 10 görüşdən 8-də qalib gəlmişdim, 2-də isə heç-heçə etmişdim. Nəticədə də turnirin kubokunu qazanmışdım. Bu, mənim üçün böyük stimul olmuşdu. Artıq 11 yaşımda qərar vermişdim ki, mən peşəkar şahmatçı olacağam. Hədəflərim böyük idi. Hədəflərimin bir qisminə nail olmuşam.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi