Medianın İnkişafı Agentliyinin layihəsi
Bir neçə gün əvvəl Azərbaycanın qadın voleybol komandaların Yüksək Liqasında cari mövsümün çempionu müəyyənləşib. Yarışın qalibi Tovuzu təmsil edən "Turan" olub. Komanda finada "DH Volley" üzərində 3:1 hesablə qələbə qazanıb.
Mövsüm ərzində ev görüşlərini Tovuzda keçirən, ciddi azarkeş dəstəyi görən kollektiv qızıl mükafatı da sözügedən rayona aparıb.
"Turan" voleybol komandasının kapitanı Azərbaycan millisinin üzvü Ayşən Əbdüləzimovadır.
Tanınmış voleybolçu QOL.az saytının suallarını cavablandırıb.
- Əvvəlcə, sizi çempionluğunuz münasibəti ilə təbrik edirəm. Təəssüratlarınız necədir?
- Çox sağ olun. Təəssüratlarım ən yüksək səviyyədədir. Biz əvvəlcədən məqsədimizin yalnız çempionluq olduğunu demişdik. Hədəfimizə çatdıq. Buna görə də çox şadam.
- Sizin üçün mövsüm necə keçdi? Ən gərgin, çətin oyununuz hansı oldu?
- Ümumilikdə mövsüm maraqlı keçdi. Builki komandaların demək olar ki, hamısı mükafatlar uğrunda mübarizə aparacaq səviyyədə idi. Əslində, bir çox oyunlarda gərginlik olurdu, amma vaciblik baxımından yarımfinal və final oyunlarını xüsusi qeyd edə bilərəm.
- Tovuzda güclü azarkeş dəstəyi hiss edirdiniz?
- Bəli, biz bütün ev oyunlarımızı elə Tovuzda keçirmişik. Oradakı oyunlarımızda zal hər zaman azarkeşlə dolu olub.

- Avrokuboklarda iştirakınız dəqiqləşibmi? “Turan”ın qarşısında hansı hədəf var?
- Biz finala çıxmaqla artıq avrokubokda iştirakımızı rəsmiləşdirmişik. Hansı yarışa gedəcəyimiz isə yəqin ki, yaxın vaxtlarda bəlli olar. Əlbəttə ki, məqsədimiz hər zaman uğurlu çıxış etmək, qələbə qazanmaqdır.
- Yəqin ki, oxucularımıza da maraqlıdır, voleybola gəlişiniz necə baş verib? Sizə ən böyük dəstəyi kim göstərib?
- Voleybolu oyunlarını uşaqlıqdan izləyirdim. Çox sevdiyim üçün voleybolla məşğul olmağa başladım. Bu yolda mənə ən böyük dəstəyi də valideynlərim göstərib.
- Bilirik ki, Azərbaycan millisinin əsas üzvlərindənsiniz. Yığmamızın hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz?
- Ölkə çempionatı bir neçə gün əvvəl başa çatıb. Bir neçə gündən sonra da milli komanda toplaşacaq və heyətimiz onda bəlli olacaq.
- Qarşıdan Avro-2026 gəlir. Azərbaycan millisi Niderland, Belçika, Portuqaliya, İspaniya və Rumıniya ilə qarşılaşacaq…
- Biz əvvəlcə iyun ayında Avropa Liqasında çıxış edəcəyik. Avqustda isə Bakıda Avropa çempionatı keçiriləcək. Gözləntilərə gəldikdə, rəqiblərimiz bəllidir. Avropa çempionatında asan rəqib olmur, hər bir komanda maksimum şəkildə çalışır. Biz də həm Avroliqada, həm də Avropa çempionatında uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- 2017-ci ildə də Avropa çempionatı Bakıda keçirilmişdi və Azərbaycan millisi qitənin ən güclü 4 komandasından biri olmuşdu. Həmin dövrü necə xatırlayırsınız?

- Bəli, biz həmin yarışda yarımfinala kimi irəlilədik. Çox çalışdıq ki, öz evimizdə medal qazanaq. Lakin təəssüf ki, alınmadı, son anda medal üçün nəsə çatmadı.
- Ayşən, şəxsi karyeranız baxımından gələcək üçün hansı planlarınız var?
- Qarşıdakı planlarım hələ ki, yığma komanda ilə bağlıdır. Yayda iki mühüm yarışımız olacaq. Bu yarışlara və məşqlərimizə köklənmişəm.
- Sonda söhbətimizi bu sualla yekunlaşdırmaq istəyirəm: Sizcə, karyeranızın dönüş nöqtəsi və ən böyük uğuru nədir?
- Karyeramın dönüş nöqtəsi əlbəttə ki, Macarıstana getməyim oldu. Çünki orada çıxış etmək mənə çox böyük təcrübə bəxş etdi. Macarıstanda çıxış edərkən bir sıra uğurlar qazandım. Ən böyük uğurlar sırasında "Vasas"la CEV kubokunda qazandığımız üçüncülüyü, Macarıstanda ilin ən yaxşı legioner voleybolçusu seçilməyimi qeyd edə bilərəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu