Medianın İnkişafı Agentliyinin layihəsi
"Neftçi-2"nin baş məşqçisi Rəşad Abullayev PRO kursları çərçivəsində Türkiyəyə səfərdədir. O, qonşu ölkənin əsas çempionatının - Superliqanın ilk 5-liyində qərarlaşan "Göztepe"də təcrübə keçir. 44 yaşlı mütəxəssis İzmir təmsilçisinin məşqlərində və oyunlarında iştirak etmək fürsətinə yiyələnib.
Hazırda da sözügedən klubun düşərgəsində olan Rəşad Abullayev QOL.az-ın suallarını cavablandırıb.
- "Göztepe"nin məşqində, oyunlarında iştirak etdiniz. Bu klub, komanda barədə fikirləriniz, təəssüratlarınız necədir?
- Artıq 3 gündür ki, "Göztepe"nin məşqlərində oluram. Təəssüratlarım çox yaxşıdır. Məni burada isti bir şəkildə qarşıladılar. Həm İdarə Heyəti, həm də məşqçilər heyəti ilə söhbətlərimiz oldu. Mənim PRO kursumun tələblərinə uyğun olaraq, təcrübə proqramındakı işlərimiz haqda danışdıq. "Göztepe" tarixi olan bir klub, peşəkar komandadır. Hələ ki, məşqlərim davam edir.
- Komandanın baş məşqçisi Stanimir Stoilovla söhbət etmək fürsətiniz oldumu? Azərbaycan futbolu barədə danışdınız?
- Onunla çox isti, maraqlı söhbətlərimiz oldu. Məni çox yaxşı qarşıladı. Hər gün onunla maraqlı söhbətlər aparırıq. Türkiyə və Azərbaycan futbolunu müqayisə edirik, ümumi yeni tendensiyalar barədə danışırıq. Bilirsiniz ki, futbol çox inkişaf edib. Ona görə də müasir futboldan danışırıq. Stanimir Stoilov Azərbaycan futbolu haqda müsbət fikirdədir. "Neftçi"ni çox yaxşı tanıdığını, köklü komanda olduğunu vurğuladı. Stanimir Stoilov bolqarıstanlı məşqçidir, Azərbaycan futbolunu yaxından tanıyan insandır. Bir çox müzakirələrimiz oldu. Şəxsən ona təşəkkür edirəm. Rahat təcrübə keçməyim üçün çox yaxşı şərait yaratdı.
- Ötən gün "Göztepe"nin "Qalatasaray"la oyununda da olmusunuz...
- Bəli. Çox maraqlı oyun alındı. Belə oyunda iştirak etmək mənim üçün böyük təcrübə oldu. Bazar günü "Göztepe" "Kasımpaşa" ilə qarşılaşacaq. Həmin matçda da iştirak edəcəyəm.
- PRO kateqoriyalı kurslar üçün niyə məhz "Göztepe" klubu seçilib?
- "Neftçi" rəhbərliyinin "Göztepe" klubu ilə isti münasibətləri var. Şəxsən onlara təşəkkür edirəm. Mənim "Göztepe"də təcrübə keçməyim üçün fürsət yaratdılar. Mən özüm də bu komandanın məşqlərində, oyunlarında olmaq istəyirdim. Çünki "Göztepe"nin oyun tərzi mənə çox yaxındır. Pressinq edirlər, təzyiq edirlər. Komanda 90 dəqiqə meydanda hərəkət edir. Bu da mənim çox xoşuma gəlir.

R.Abdullayev "Goztepe"nin baş məşqçisi Stanimir Stoilovla
- Bu müddətdə Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında hansı fərqləri gördünüz?
- Biz həmişə öndə olan ölkələrin təcrübələrindən faydalanmağa çalışmışıq. Açığı, müqayisə etmək istəməzdim. Amma reallıq budur ki, biz çox şey öyrənməliyik. İnfrastruktur, inkişaf baxımından öndə gedən ölkələrə çatmağa cəhd göstəririk. Son illər Azərbaycan futbolunda uğurlarımız var. Əvvəlki illərə baxsaq, peşəkar səviyyədə bu işlərin üzərində dayanmağa çalışırıq.
- Gələcəkdə də bu klubu ziyarət etməyi düşünürsünüzmü? Ümumiyyətlə, Türkiyədə başqa hansı klublarda təcrübə keçmək istəyirsiniz?
- Əlbəttə ki, gələcəkdə də bu təcrübəmdən istifadə etməyi istəyərdim. Çünki bir məşqçi kimi nə qədər çox klubda olsam, təcrübəm də o qədər artar. Şəxsən mən məşqçi olaraq bunun tərəfdarıyam. "Göztepe"nin ümumilikdə klub olaraq heyəti çox güclüdür. Bu, mənim üçün böyük bir təcrübədir. Çoxlu qeydlər apardım. Türkiyə futbolunu yaxından izləyən insan kimi digər klubda da təcrübə keçmək istəyərdim. Gələcəkdə də çalışacağam ki, başqa klubların məşqlərində, oyunlarında iştirak edim.
- Bəs Avropa komandalarından hansının oyun sistemi bir məşqçi kimi sizə uyğun, yaxındır?
- Məşqçi kimi hansısa bir sistemin üzərində çox dayanmırıq. Bayaq dediyim kimi, yeni tendensiyalar var. Daha çox axtarmalıyıq. Düzdür, "Neftçi-2"də bəlli bir sistem var, neçə illərdir ona uyğun çalışırıq. Amma daim araşdırmalıyıq. Gəlib təcrübə toplayırsan, görürsən ki, fərqli-fərqli sistemlər var. Bu, zaman-zaman dəyişə bilər. Məşqçi kimi daim axtarışdayam. Digər sistemləri də yoxlamaq böyük təcrübədir. Sistem olaraq mən dördlü müdafiənin tərəfdarıyam. Lakin gələcəkdə hansı klubda olacağımızı bilmirik. Məsələn, mən bu gün "Göztepe"nin beşli müdafiə ilə oynadığını görürəm. Futbolçular da buna uyğun yığılıb. Düşdüyün mühitdən çox şey asılıdır.
- Elə söhbətimizə "Neftçi-2" ilə davam edək. Hazırda Əvəzedicilər Liqasında lidersiniz. Lakin "Sabah-2"nin də xalları sizinlə bərabərdir. Çempionluq barədə nə düşünürsünüz?
- Məlum səbəblərə görə mən 1 həftə komandamızın məşqlərində iştirak edə bilməyəcəyəm. Amma məşqçilərlə hər gün daim əlaqədəyəm. Hər gün danışırıq ki, komandanı yaxşı formada saxlasınlar. Bizim üçün həm yaxşı futbolçular yetişdirmək, həm də qələbə ruhunu qorumaq önəmlidir. İlk pillədə qərarlaşırıq, "Sabah"la xallarımız bərabərdir. Ötən il də vəziyyət belə idi. Sonda onlarla heç-heçə etdik. Sonra çempionluğu "Sabah" qazandı. Bu il də çalışacağıq ki, keyfiyyətli futbolçular yetişsin, qələbə ruhunu saxlayaq və çempion olaq. Vacib oyunlar keçirəcəyik. İnanıram ki, futbolçularım meydanda mənə kömək edəcəklər. Çünki biz həmişə onları yüksəkdə saxlamağa çalışırıq.
- "Neftçi-2"nin Əvəzedicilər Liqasındakı uğurlu çıxışı növbəti mövsüm üçün əsas komandaya da kömək edə bilərmi?
- Əlbəttə. Bizim ilk məqsədimiz əsas komandamıza layiqli futbolçular yetişdirməkdir. Hər dəfə 4-5 futbolçumuz əsas komandanın məşqində iştirak edir. Futbolçulara başa salırıq ki, hansı komandanın formasını geyindiklərini dərk etsinlər. Bu, mənim üçün çox önəmlidir. Bizə hər il yeni-yeni oyunçular gəlir. "Neftçi"nin akademiyasından da futbolçular götürdükcə onları həm məşqlərdə, həm oyunlarda başa salmağa çalışırıq. Bu yöndə işimizi davam etdiririk. Futbolçuların inkişafı bizim üçün çox önəmlidir. Çünki əsas komandanın uğuru hamımızın uğurudur.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video