“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi

“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
DÜNYA FUTBOLU 18 Noyabr 2026 / 08:54 147
-  A +

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Gürcüstanla qarşılaşmada ikinci hissədə meydana daxil olub.

Kaşuk matçın 64-cü dəqiqəsində Qennadi Sinçuku əvəzləyib. Beləliklə, “Qarabağ”ın futbolçusu görüşün əsas vaxtının son 26 dəqiqəsində və hakim tərəfindən əlavə olunmuş vaxtda meydanda olub.

Ukrayna millisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

Görüş UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunun 6-cı turu çərçivəsində Slovakiyanın Koşitse şəhərində keçirilib. Oyunda yeganə qolu 1-ci dəqiqədə Danilo Sikan vurub.

Qeyd edək ki, bu, Kaşukun Ukrayna millisində ikinci oyunu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner