Xuan Mata karyerasını başa vurdu

Xuan Mata karyerasını başa vurdu
DÜNYA FUTBOLU 18 Noyabr 2026 / 14:00 104
-  A +

İspaniyalı yarımmüdafiəçi Xuan Mata peşəkar futbolçu karyerasını bitirib.

QOL.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, vida mesajında “Bəzən sevmək azad buraxmaq deməkdir. Təşəkkürlər, futbol” sözlərini yazıb.

Mata karyerası ərzində İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub. O, həmçinin 2012-ci ildə Çempionlar Liqasının, 2013 və 2017-ci illərdə isə Avropa Liqasının qalibi adını qazanıb.

İspaniyalı futbolçu karyerası ərzində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” klublarında çıxış edib. Mata İspaniya millisinin formasını 41 oyunda geyinib və 10 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner