Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur

Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
DÜNYA FUTBOLU 17 Noyabr 2026 / 20:22 165
-  A +

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruynenin karyerasını İngiltərədə davam etdirməsi real görünmür.

QOL.az xəbər verir ki, “Football Insider”in məlumatına görə, belçikalı futbolçunun MLS-ə və ya Səudiyyə Ərəbistanı çempionatına yollanmaq ehtimalı daha yüksəkdir.

De Bruynenin yüksək məvacibi İngiltərə klublarının onun transferinə marağını azaldan əsas amillərdəndir. Yarımmüdafiəçi daha əvvəl maliyyə baxımdan cəlbedici təklif olacağı təqdirdə Səudiyyə Ərəbistanına köçməyə açıq olduğunu bildirmişdi.

Səhhətindəki problemləri geridə qoyan 34 yaşlı futbolçu bu mövsüm 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, De Bruynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner