Dünya çempionu vəfat etdi

Dünya çempionu vəfat etdi
XƏBƏR 17 Noyabr 2026 / 14:04 189
-  A +

Braziliya millisinin sabiq futbolçusu, 1958-ci il dünya çempionu Dino Sani 94 yaşında dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Konfederasiyanın açıqlamasında Saninin Braziliya futbolunda silinməz iz qoyduğu bildirilib. Qurum mərhumun ailəsinə, yaxınlarına və azarkeşlərinə başsağlığı verib.

Dino Sani 1957-1966-cı illərdə Braziliya millisində çıxış edib. O, 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında komandanın heyətində qızıl medal qazanıb. Yığmada 15 oyun keçirən futbolçu 1 qol vurub.

Klub karyerası ərzində “Palmeyras”, “Komerşial-SP”, “San-Paulu”, “Boka Xuniors”, “Milan” və “Korintians”ın formasını geyinib.

Sani “Milan”la 1962-ci ildə Avropa çempion klublar kubokunu qazanıb. Həmin mövsüm İtaliya çempionu da olub.


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner