Braziliya Sinqapura 7 qol vurdu

Braziliya Sinqapura 7 qol vurdu
DÜNYA FUTBOLU 17 Noyabr 2026 / 17:04 189
-  A +

Braziliya millisi yoldaşlıq oyununda Sinqapura böyük hesabla qalib gəlib.

QOL.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib.

Oyunda Vinisius Junior het-trik edib. O, 9, 15 və 21-ci dəqiqələrdə fərqlənib. Endrik 31-ci, Estevao 51-ci, Rayyan isə 65-ci dəqiqədə qol vurub. Sinqapur millisinin müdafiəçisi Raul Suhaymi 74-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Yaponiyaya qarşı keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə uduzmuşdu.

Onu da bildirək ki, FİFA reytinqində Braziliya 6-cı, Sinqapur isə 149-cu yerdədir.


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner