"Real"dan gedəcək?

"Real"dan gedəcək?
XƏBƏR 18 Noyabr 2026 / 12:30 164
-  A +

"Real"ın futbolçusu Endrik komandadan ayrılmaq istədiyinə dair xəbərlərə münasibət bildirib. 

QOL.az ESPN-ə istinadən xəbər verir ki, 20 yaşlı forvard bu məlumatları təkzib edib. Braziliya millisinin hücumçusu  karyerasının sonunadək “Real”da çıxış etmək istədiyini deyib.

“Qərar Mourinyodan asılıdır. Mən həmişə dünyanın ən böyük klubu olan “Real”a kömək etməyə hazıram. Ümid edirəm ki, bütün karyeramı burada keçirəcəyəm, “Real”a və komanda yoldaşlarıma dəstək olacağam”.

Qeyd edək ki, Endrikin "Real Madrid"lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.


Qarabağ FK
Son xəbərlər
topaz banner