Argentinadan 7:0-lıq qələbə

Argentinadan 7:0-lıq qələbə
XƏBƏR 18 Noyabr 2026 / 10:09 163
-  A +

Argentina millisi yoldaşlıq görüşündə Kosta-Rikanı darmadağın edib.

QOL.az xəbər verir ki, görüş Argentinanın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Nikolas Pas, Xulian Alvares və Franko Mastantuono dubl edib. Aleksis Mak Allister isə bir dəfə fərqlənib.

Argentina matçda erkən hesabı açıb. Nikolas Pas 8-ci dəqiqədə Enzo Fernandesin ötürməsindən sonra fərqlənib. Xulian Alvares 35-ci dəqiqədə Aqustin Xayyaanın pasını qola çevirib. Pas 39-cu dəqiqədə Maksimo Perronenin ötürməsi ilə dublunu rəsmiləşdirib. Alvares isə 43-cü dəqiqədə Canluka Prestianinin asisti ilə hesabı 4:0 edib.

İkinci hissənin 48-ci dəqiqəsində Franko Mastantuono Maksimo Perronenin ötürməsindən sonra beşinci qolu vurub. Aleksis Mak Allister 78-ci dəqiqədə hesabı 6:0-a çatdırıb. Matçın 89-cu dəqiqəsində Mastantuono Culiano Simeonenin ötürməsindən sonra son qolu vuraraq yekun hesabı müəyyənləşdirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner