“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər

“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
DÜNYA FUTBOLU 18 Noyabr 2026 / 13:26 152
-  A +

Afrika Millətlər Kubokunun seçmə mərhələsində 4-cü turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan klublarının futbolçularının da çıxış etdiyi Mozambik millisi səfərdə Efiopiya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Quima matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıblar. Lanqa qarşılaşma zamanı sarı vərəqə də alıb.

Bu qələbədən sonra Mozambik millisi 7 xalla J qrupunda ikinci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner