İtaliya A seriyasında bu mövsüm qayda pozuntularının sayı azalıb, təmiz oyun vaxtı isə artıb.
QOL.az xəbər verir ki, “TuttoMercatoWeb” nəşrinin məlumatına görə, Daniele Orsatonun hakimlər komitəsinin rəhbəri təyin olunmasından sonra çempionatda qeydə alınan qayda pozuntularının orta sayı ötən mövsümlə müqayisədə 13 faiz azalıb. İlk 11 turun nəticələrinə əsasən, bu göstərici hər oyunda 25,3-dən 22-yə düşüb.
Həmçinin hakimlər penalti təyin etməyə daha az müraciət edirlər. 110 oyunda 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Bu da hər matça orta hesabla 0,22 penalti deməkdir. Ötən mövsümün eyni göstəricisi 0,28 olub.
Bununla yanaşı, təmiz oyun vaxtı da artıb. Hazırda bu göstərici 60 dəqiqəyə yaxınlaşır ki, bu da 2025/26 mövsümünün eyni dövrü ilə müqayisədə təxminən 6 dəqiqə çoxdur.
Bu dəyişikliklərə vaxt uzatmalarına qarşı yeni qaydalar və hakimlərin oyunu daha az dayandırmağa çalışması təsir edib.
Qeyd edək ki, Daniele Orsato 2026-cı ilin yayında Canluka Rokkinin əvəzinə hakimlərə rəhbərlik etməyə başlayıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi
İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu
Uqo Lloris ilkə imza atdı
Modriç Messiyə çatdı
Sergen Yalçından sərt reaksiya
İngiltərə millisindən tarixi rekord