Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir.
Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Tofiq Dadaşov oldu.
O, söhbətə başlayarkən əvvəlcə özü haqda məlumat verib və məşqçi-müəllim olmağın çətin tərəflərindən söz açıb: "11 ildir ki, boks idman növü üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Hazırda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində çalışıram. Məşqçi-müəllim olmağın çətinlikləri çoxdur. Məsələn, uşaqlarla çox səbrli davranmaq lazım gəlir. Hər bir uşağın psixologiyası fərqlidir. Onlar müxtəlif ailələrdən gəlirlər. Fərqli tərbiyəyə, xarakterə malik olurlar. Buna görə də uşaqlara fərdi yanaşmaq lazımdır. Onları səbrlə, təmkinlə başa salmalıyıq".
T.Dadaşov idman dərslərinin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Uşaq-gənclər idman məktəblərindəki dərslərin keyfiyyətini yüksək qiymətləndirirəm. Hər bir məşqçi-müəllim dərslərin, məşqlərin ən yüksək səviyyədə təşkili üçün əlindən gələni edir. Çalışırıq ki, idmanı uşaqlara sevdirək. Onların hər dəfə məşqə həvəslə gəlməsinə şərait yaradırıq".

O qeyd edib ki, uşaqlar məşqlərə həvəslə qatılırlar: "Uşaqların idmana marağı yüksək səviyyədədir. Həqiqətən də onlar məşqlərə çox həvəslə gəlirlər. İdmanla məşğul olmağa can atırlar. Əlbəttə ki, bu, bizi sevindirir. Çünki hər bir məşqçi-müəllim öz zəhmətinin bəhrəsini görmək istəyir. Bizim zəhmətimizin bəhrəsi də uşaqların gözlərindəki idman sevgisidir. Uşaqların həvəsini və uğurlarını gördükcə biz də motivasiya alırıq. Məşqlərin keyfiyyəti də həm müəllimin bacarıqlarından, həm də uşqların dərsə yanaşmasından asılıdır".
Həmsöhbətimiz idman məktəblərindəki infrastrukturu belə qiymətləndirib: "Zənnimcə, idman məktəblərində avadanlıqların durumu yaxşıdır. Bu gün dövlətimiz idmana xüsusi diqqət ayırır. Ona görə də hər bir məktəbdə, idman ocağında məşqləri keçmək üçün lazımi avadanlıqlar olur. Artıq həmin avadanlıqlardan yararlanmaq isə məşqçi-müəllimlərin üzərinə düşür. Əlimizdə olan imkanlardan maksimum səmərəli istifadə etməliyik. Ümumilikdə düşünürəm ki, məktəblərdə infrastruktur qənaətbəxşdir".
T.Dadaşov uşaqların və yeniyetmələrin boks idman növünə marağından da danışıb: "Boks artıq uşaqlar və böyüklər tərəfindən çox sevilir. Bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı ildən-ilə artır. Əlbəttə ki, bu, sevindirici haldır. Bu gün uşaqların boksa olan həvəsi onu göstərir ki, qarşıdakı illərdə ölkəmiz beynəlxalq yarışlarda boks üzrə yeni-yeni uğurlar qazanacaq".
Məşqçi-müəllim düşünür ki, uşaqları pis vərdişlərdən uzaq tutmaq üçün tez-tez idman yarışları təşkil edilməli, təbliğatlar aparılmalıdır: "Uşaqların pis vərdişlərdən uzaq tutmaq üçün ilk növbədə valideynlər hərəkətə keçməlidirlər. Onlar öz övladlarını idmana yönləndirməlidirlər. Həmçinin uşaqları həvəsləndirmək üçün tez-tez yarışlar təşkil olunmalıdır. Uşaqlar yarışlarda uğur, mükafatlar qazandıqca, daha da həvəslənəcəklər. Artıq maraq dairələri yeni nailiyyətlər əldə etmək olacaq. Bu şəkildə də pis vərdişlərdən uzaq qalacaqlar. Mən həmişə uşaqlara motivasiya verirəm. Məşq zamanı onların yaxşı çalışdığını deyirəm. Hər dəfə uşaqlara onların güclü olduğunu deyəndə motivasiyaları artır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik