Medianın İnkişafı Agentliyinin layihəsi
Xəbər verdiyimiz kimi, “Qarabağ" Futbol Klubunun iki əməkdaşı – akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Yohan Kroyff” institutunun diplomunu alıb.
Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar. 2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif ediliblər.
“Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə söhbətimiz də bu mövzuda oldu.
- Anar bəy, necə oldu ki, "Yohan Krpyff" institutunda təhsil almağa başladınız?
- Təhsilimə hələ “Qəbələ” İK-də Media və Marketinq departamanetinin rəhbəri işləyərkən başlamışam. Həmin dövrdə işimlə bağlı bir sıra təlimlərə, seminarlara, qısa onlayn kurslara qatılmaq imkanım oldu. Və bu da öz növbəsində idmanın biznes tərəfinin inkişafında, Avropa təcrübəsinin klublarımızda tətbiqi perspektivlərinin araşdırılmasında nəzəri biliklərin nə qədər önəmli olduğunu ortaya qoydu. İdman biznesi istiqamətində təhsil almağa qərar verdim və istəyimi klub rəhbərliyinə çatdırdım. Yohan Kroyff İnstitutuna müraciət etmək qərarım, idman biznesi sahəsində, xüsusilə idman marketinqi və sponsorluğu sahəsində daha dərin biliklərə yiyələnmək və beynəlxalq səviyyədə daha çox təcrübə qazanmaq istəyimdən qaynaqlanırdı. “Qəbələ” İK-nın prezidenti Fariz Nəcəfov məsələyə müsbət yanaşdı və hazırda “Qarabağ”da çalışan, həmin dövrdə “Qəbələ”nin baş meneceri Nail Kərimovla maqistr təhsili almağımıza dəstək oldu. “Qəbələ”də başladığım təhsil proqramını “Qarabağ”dakı fəaliyyət dönəmimdə uğurla tamamladım.

- Bəs "Yohan Krpyff" institutunda proqram necə aparılırdı?
- 14 moduldan ibarət proqram olduqca strukturlaşdırılmış şəkildə aparılırdı. Hər modulu tamamlamaq üçün həm nəzəri, həm də praktiki tapşırıqlar yerinə yetirməli, fərdi və qrup ilə layihələr təqdim etməli olurduq.
Akademik plana əsasən, 6 kreditlik fənlər 10 həftə, 3 kreditlik fənlər 5 həftə davam edir. Mənim 2023-2024 tədris ili üçün götürdüyüm fənlər əsas və elektiv olmaqla iki yerə bölünürdü. Əsas fənlər Sport Sponsorship - İdman Sponsorluğu, Strategic Management in Sport Organization - İdman klubunda Strateji İdarəetmə, Finance in Sport Organization - İdman təşkilatında maliyyə idarəetməsi, Sport marketing - İdman marketinqi, İnnovation and Entrepereneurship in Sport Organization - İdman təşkilatında İnnovasiya və Təşəbbüskarlıq , Data Analytics in Sport - İdmanda Data Analitikası, Fan Engagement – Azarkeş cəlbi, eSport – eİdman, Sustainability in Sport – İdmanda Dayanıqlılıq, Sport Event Management – İdman tədbirlərinin idarə edilməsi, Digital Markering in Sport – İdmanda rəqəmsal marketinq, Sport Sponsorship 2, Activation and Measurement – İdman Sponsorluğu 2 Aktivasiya və Ölçmə idi.
Və yekunda Final Master Project – Final layihəsini yazmaq tapşırığımız var idi. Mənim mövzum “Qarabağ”ın marketinq, sponsorluq və rəqəmsal marketinq (Business Plan: A Comprehensive Plan for Marketing, Sponsorship and Digital Innovation at Qarabağ FK) planı ilə bağlı idi. Bütün modulları və final layihəsini uğurla tamamladıq.
- Ümumilikdə bu proqramlarda hansı yeniliklərlə tanış oldunuz?
- Burada təhsil aldığım müddətdə rəqəmsal texnologiyaların idmanda tətbiqi, xüsusilə də e-idman və rəqəmsal marketinq sahəsində ən son trendlərlə tanış olmaq imkanımız yarandı. İdman təşkilatlarının davamlılıq (sustainability) və monetizasiya məsələlərinə necə yanaşdığını və bunun necə həyata keçirildiyini dərindən öyrənmək şansından yararlandıq. Bu sahədə FİFA, UEFA və digər qlobal idman təşkilatlarının praktik nümunələri ilə tanışlıq, statistikalar və analizlər bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Effektli onlayn tədris, ucsuz-bucaqsız materialların və mənbələrin əlçatanlığı, universitetinin onlayn kitabxanası, hər zaman kömək etməyə hazır olan professorlar, vebinarlara fənni tədris edən professorlardan başqa sahənin ekspertlərinin dəvət olunması, idmanın müxtəlif sahələrindən olan insanlarla – qrup yoldaşlarımızla müzakirələr və.s. maqistr proqramımıza xüsusi rəng qatdı.
- Bilirik ki, “Yohan Kroyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib. Belə bir institutda fərqlənmək necə bir hissdir?
- Sözsüz ki, belə bir institutu bitirmək və fərqlənmək böyük qürur hissi verir. "Yohan Kroyff" institutu nəzəri biliklər verməklə bərabər, tələbələrinə dəyərli təcrübələr də qazandırır. Avropanın bu sahədə ən yaxşı onlayn institutu seçilməsi də burada öyrəndiklərimizin dəyərini təsdiq edir və bu təcrübəni Azərbaycana gətirmək, onu paylaşmaq, nəzəri bilikləri praktikada göstərmək şansı yaradır.
- Bu institutda təhsil almaq sizə hansı üstünlükləri verir?
- Bu institutda təhsil almaq, magistr diplomuna yiyələnmək bir sıra əhəmiyyətli üstünlüklər qazandırır. Əvvəla, "Yohan Kroyff" institutu idman sahəsində ən qabaqcıl tədris metodlarını və rəqəmsal texnologiyaları tədris proqramına daxil edərək, bizi qlobal idman dünyasında müasir bir mütəxəssis kimi yetişdirir. Burada təhsil almaqla idman təşkilatlarının idarə edilməsi, marketinq strategiyalarının hazırlanması, monetizasiya modelləri və davamlılıq prinsipləri üzrə dərin biliklərə sahib olduq.
Bundan əlavə, Avropanın və dünyanın müxtəlif ölkələrindən olan tələbələr və müəllimlərlə əlaqə qurmaq imkanı da institutun mənə qazandırdığı üstünlüklərdən biridir. Bu şəbəkələşmə, gələcək layihələr və əməkdaşlıqlar üçün beynəlxalq əlaqələrin qurulmasına kömək edir. İnstitutun məşhur məzun şəbəkəsi, qlobal nüfuzu və qlobal idman təşkilatları ilə sıx münasibətləri karyera imkanlarını genişləndirir və idman sahəsində müxtəlif imkanlar yaradır.
- “Yohan Kroyff”da öyrəndiklərinizi Azərbaycanda tətbiq etmək, burada təlimlər və s. keçmək fikriniz varmı?
- Sözsüz ki... Təhsilə başlamazdan öncə məqsədim və düşüncələrim ölkə idmanına yararlı ola biləcək biliklərə yiyələnmək idi. Öyrəndiklərimi, təcrübəmi paylaşmaq mənim üçün prioritetdir. Xüsusən də idman marketinqi, rəqəmsal marketinq və davamlılıq sahəsində qazanılan nəzəri bilikləri və təcrübələri paylaşmaq istəyirəm. İnanıram ki, aldığımız təhsil klubumuza və ölkə idmanına fayda verəcək.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?