“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin QOL.az saytına müsahibəsi
- Komandanız mövsümün ilk 3 oyunundan sonra 7 xal toplamağı bacarıb. “Neftçi” ilə heç-heçə etdiniz, “Sumqayıt” və “Kəpəz”ə qalib gəldiniz. Bunu “Turan Tovuz” üçün əla nəticə saymaq olar?
- Hələ mövsümün əvvəlindən danışmışdıq ki, hər oyunda yaxşı nəticə qazanmalıyıq. Eyni zamanda baxımlı oynamağa da çalışırıq. Düşünürəm ki, ilk matçda “Neftçi” ilə səfərdə bərabərlik pis nəticə deyildi. “Sumqayıt” və “Kəpəz”ə qalib gəldik. Deməzdim ki, super başlanğıcdır. Çünki hələ çempionatın əvvəlidir. Komandalar bir-birini yaxşı tanımır. Qarşıda çox çətin oyunlar olacaq. Əgər bu oyunlarımızın, nəticələrimizin davamı gəlsə, onda deyərəm ki, əladır.
- Baş məşqçiniz Kurban Berdıyev də son iki mətbuat konfransında bildirdi ki, üzərində işləməli olduğumuz məqamlar çoxdur.
- Bəli, analizlərdə bizə hamısını göstərir. Biz düşünürük ki, qələbə qazanmışıq, amma baş məşqçi səhvlərimizin hamısını deyir. Görürük ki, üzərində işləməli olduğumuz çox detal var.
- Kurban Berdıyev təcrübəli mütəxəssisdir. Komanda onun oyun fəlsəfəsini necə mənimsəyir?
- İnanın ki, baş məşqçimiz gələn gündən bizə deyib ki, çox işləməliyik. Nəyisə öyrənəndən sonra başqa bir məsələyə keçirik. Bəlkə də, hələ baş məşqçimizin istədiyinin 30-40 faizini həyata keçirməmişik. Həqiqətən də üzərində işləməli olduğumuz məqamlar çoxdur. Bu da o deməkdir ki, komanda getdikcə daha yaxşı olacaq.
- Kurban Berdıyev Azərbaycana gəlmiş ən tanınmış və yaxşı mütəxəssislərdəndir. Onun komandaya yanaşması necədir?
- Hər şeydən əvvəl futbolçuların intizamına fikir verir. Tələb edir ki, futbolçu məşqdə, iclasda nəyi başa düşmürsə, təkrar soruşsun. Deyir ki, məndən hər şeyi soruşun. Hər bir xırda detala çox fikir verir. Dəqiqlik və nizam-intizam onun üçün əsas məsələdir.
- Növbəti turda “Qarabağ”la oyununuz var. Baş məşqçiniz komandanı bu görüşə necə hazırlaşdırır, rəqib haqda hansı fikirdədir?
- “Qarabağ” Azərbaycan səviyyəsindən yuxarıda olan komandadır. Bizi ağır oyunlar gözləyir. Rəqibin boşluqları olan mövqelərini analiz edirik. Çalışacağıq ki, düzgün mübarizə aparaq. “Qarabağ”da yorğunluq olsa da, iki heyətə malikdirlər Çalışacağıq ki, yaxşı nəticə qazanaq.
- Yaxşı nəticə deyəndə nəyi nəzərdə tutursan?
- “Qarabağ”la oyunda xal qazanmaq böyük işdir. “Qarabağ”ın gücünü hamı bilir. Xal və ya xallar qazanmaq istəyirik.
- Bu gün “Turan”ın “Fənərbaxça” ilə cavab oyunundan 30 il keçir. Bu, Azərbaycan klublarının UEFA kuboklarında ilk oyunu kimi tarixə düşüb. Sizin avrokuboklarda çıxış etmək istəyiniz nə dərəcədədir?
- Biz də istərdik ki, avrokuboklarda çıxış edək. Bu istək komandada hər oyunda olur. Hazırda işimiz maksimum daha çox xal yığmaqdır. Bu, bizi avrokuboklara daha da yaxınlaşdırır. Qismət olsa, biz də avrokuboklarda oynayarıq.
- “Qarabağ” və “Zirə”nin ehtiyatda bir oyunu olsa da, 3 turdan sonra lidersiniz. Turnir cədvəlindəki bu mənzərə komandaya əlavə güc və motivasiya verir?
- Hələ çempionatın əvvəlidir. 3 tur bizi aldada bilməz. Təxminən 5-10 turdan sonra komandaların hamısının əsl gücü bilinir. İndi isə tezdir. Düzdür, ilk yerdə olmaq bizim üçün motivasiyadır, həvəsləndirir komandanı, amma əsas bunun davamını gətirməkdir.
- Son oyunlarda Tovuz şəhər stadionunun triubunaları tam dolur. Azarkeşlər yeni 10 minlik stadion ideyası ilə çıxış edib. Bu haqda nə düşünürsən?
- Biz süni örtükdə oynayırıq. Birinci məsələ bu olmalıdır. Süni örtükdə futbolçular daha çox zədələnir. Azarkeşlərimiz sağ olsunlar, hər oyunda stadionu doldururlar, bizə əla dəstək olurlar, amma düşünürəm ki, hər şey pillə-pillə olmalıdır.
Ramiq Ağaməmmədov
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”