“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi

“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2026 / 01:44 122
-  A +

“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 və U-15 liqasının bürünc medalçıları bəlli olub.

QOL.az xəbər verir ki, 3-cü yer uğrunda görüşlərdə "Ulduz" "Neftçi"ni, "Qarabağ" isə EFA-nı məğlub edərək medalçılar sırasına düşüb.

29 sentyabr

3-cü yer uğrunda oyunlar

U-14

“Neftçi” – “Ulduz” -  2:4

Qollar: Bəxtiyar Bayramlı (46),  Adil Şabanov (60)// Hünər Səmədli (6, 10,19), Said Statema (69)

Baş hakim: Fərid Quliyev

U-15

“Qarabağ” – EFA  3:3 (Penaltilər - 6:5)

Qollar: Əli Məmmədzadə (2), Raul Hüseynli (47), Məhəmməd Bağırov (99)  // Ömər Osmanlı (41), Hüseyn Novruzlu (55), Şahin Qasımzadə (101).
Baş hakim: Emin Abdullayev

Qeyd edək ki, sentyabrın 30-da hər iki yaş qrupunun final oyunları heçiriləcək. U-14-də "Qarabağ" "Sabah"la, U-15-də isə "Neftçi" "Ulduz"la qarşılaşacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner