“Azərbaycanla oyunda hücum futbolu oynayacağıq” - Toni Doherti

“Azərbaycanla oyunda hücum futbolu oynayacağıq” - Toni Doherti
XƏBƏR 30 Sentyabr 2026 / 14:10 379
-  A +

Şotlandiyanın U-21 millisinin yeni baş məşqçisi Toni Doherti (Tony Docherty) 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyun barədə danışıb.

QOL.az Şotlandiya mediasına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Azərbaycanla qarşılaşmada əsas məqsədlərinin qələbə olduğunu bildirib:

“Bu seçmə mərhələsində 8 oyun geridə qalıb, daha 2 matçımız var. Növbəti mərhələyə yüksəlmək üçün az da olsa, şansımız qalır. Bunun üçün hər iki oyunda qalib gəlməli və Çexiyanın xal itirməsinə ümid etməliyik. Buna görə də qarşıdakı iki matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Nəticələr növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü və ya dördüncü səbətdə yer almağımıza da təsir edə bilər”.

O, Azərbaycanla matçda hücum futboluna üstünlük verəcəklərini də söyləyib: “Bu, qalib gəlmək üçün meydana çıxacağımız oyundur. Eyni zamanda hücumameyilli, baxımlı və azarkeşlərin zövq ala biləcəyi futbol oynamağa çalışacağıq”.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner