UEFA prezidenti Aleksander Çeferin FİFA rəhbəri Canni İnfantinonu sərt şəkildə tənqid edib.
QOL.az "The Guardian"a istinadən xəbər verir ki, Çeferin Kopenhagendə keçirilən Avropa Futbol Klubları Assosiasiyasının (EFC) Baş Assambleyasında çıxışı zamanı FİFA-nın son qərarları və idarəçilik üslubu ilə bağlı ciddi iradlar səsləndirib.
UEFA prezidenti İnfantinonun adını çəkməsə də, çıxışının FİFA rəhbərinə yönəldiyi açıq şəkildə hiss olunub. Çeferin Kopenhagendə keçirilən tədbirdən istifadə edərək Hans Kristian Andersenin “İmperatorun yeni libası” nağılını nümunə gətirib.
“İmperatorun çılpaq olduğunu hamı görür. Onu fərqli göstərməyə çalışmaq isə reallığı dəyişmir”, - deyə o bildirib.
Çeferin FİFA-nın bəzi qərarlarının şəffaf və demokratik olmadığını iddia edib. O, xüsusilə FIFA Forward Enterprise layihəsi ilə bağlı prosesləri tənqid edib.
UEFA prezidenti klublara müraciət edərək belə bir nümunə də çəkib: “Təsəvvür edin ki, klubunuzun rəhbərlərindən biri sizdən xəbərsiz onun gələcəyi ilə bağlı mühüm qərar qəbul edir. Nə idarə heyətinin, nə futbolçuların, nə də azarkeşlərin bundan xəbəri var. Siz bunu qəbul edərdinizmi?”
Çeferin həmçinin siyasi lider üçün yaradılan sülh mükafatını və dünya çempionatı zamanı baş verən bəzi hadisələri də tənqid edib. “Düşünürəm ki, artıq ‘kifayətdir’ deməyin vaxtıdır. Heç bir vəzifə, titul və güc futbolun gələcəyini satmaq hüququ vermir”, - deyə UEFA prezidenti vurğulayıb.
Qeyd edək ki, FİFA prezident seçkilərinin gələn ilin martında keçirilməsi planlaşdırılır. Namizədlərin irəli sürülməsi üçün son tarix isə 18 noyabrdır.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi