“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”

“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 19:30 192
-  A +

İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 2-ci turunda Türkiyə üzərində qazanılan 4:1 hesablı qələbənin əhəmiyyətindən danışıb.

QOL.az xəbər verir ki, "Footmercato" nəşrinin məlumatına görə, mütəxəssis bu nəticənin onlar üçün dəyərli olduğunu bildirib:

“Bu qələbə Belçikaya məğlubiyyət qədər dəyərlidir. Əsas odur ki, futbolçular böyük uğurlar qazana biləcəklərini başa düşdülər. Lakin qarşıda hələ uzun yol var. Məmnunam, çünki futbolçular çətin meydanda yaxşı oynadılar. Bu, asan deyildi. Onlar əla oyun nümayiş etdirdilər və buna layiq olduqları üçün onların adına sevinirəm. İndi bərpa olunmalıyıq. Gələn həftə bizi Fransa ilə çətin oyun gözləyir”.

Qeyd edək ki, İtaliya Millətlər Liqasının növbəti turunda Fransa ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner