Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə sabah keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis Bakıda keçirilən mətbuat konfransında qələbənin vacibliyini vurğulayıb və rəqibin motivasiyalı olduğunu bildirib:
“Qrupda ikinci oyunumuzu keçirəcəyik. Əgər birinci yeri tutmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxşı tanıyırıq. Motivasiyalı komandadır, itirəcəyi heç nə yoxdur və mübarizə aparacaq. Onların müdafiəsini yarmağımız lazımdır. Qalib gəlmək istəyi ilə tələskənliyə yol versək, hər şeyi düzgün analiz etmədən və oyunumuzu doğru qurmadan meydana çıxsaq, çətinliklərlə üzləşə bilərik. İnanıram ki, futbolçularımız yaxşı oyun göstərəcək və qalib gələcəyik”.
- Heyətdə zədəli futbolçular var?
- Litva ilə oyundan sonra bir neçə futbolçumuzda xırda zədələr oldu. Ümid edirəm ki, bu gün məşqdə hamısı hazır olacaq. Amma Renat Dadaşovu itirmişik. Məlum oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək. Digər futbolçularda da kiçik zədələr var. Amma oynaya bilməyəcək qədər ciddi deyil. Hamı meydana çıxmaq istəyir. Bu da bizi sevindirir.
- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiniz?
- Hər oyunda rəqibə uyğun analiz aparırıq. Bunlar fərqli komandalardır. Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır. Bu görüşdə onların müdafiəsini yarmaq və hücumlarımızı daha yaxşı başa çatdırmaq vacib olacaq. Artıq üç məşqdir bunun üzərində işləyirik. İnanıram ki, bizə lazım olan qolları vuracağıq. Rəqibin ən güclü tərəfi əks-hücumlardır.
- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsınız?
- Düz qeyd edirsiniz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.
- Sizcə, sabah azarkeşlər milliyə dəstək olacaq?
- Milliyə dəstək lazımdır. İnanıram ki, azarkeşlər stadiona gələcək. Futbolçular da bu stadionda oynamağı sevirlər. Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcəklər.
- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir?
- Bütün futbolçular müsahibə verirlər və mən həmişə onları haqlı hesab edirəm. Hamı milli komandada oynamaq istəyir. Amma yəqin ki, Zamiq bizim onun bütün oyunlarını izlədiyimizi bilmir. Hər turun sonunda xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiq də diqqətimizdədir. Hazırda onun mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Murad Xaçayev var. Onlara üstünlük vermişik. Amma bu, Zamiqdən razı olmadığımız anlamına gəlmir. Ola bilsin, sabah ona da dəvət göndərilsin. Onunla bağlı heç bir şəxsi problem yoxdur.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı
Milliyə həssas vida - Video
Məhəmməd Salahdan tarixi rekord
“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
Xavidən 7:0-lıq qələbəyə şərh
Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?
Dünyanın ən yaxşı 10 futbolçusu
Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov
Niderland və İslandiyadan darmadağın, Almaniyadan qələbə
Millimiz Lixtenşteynə qalib gəldi
“Sabah”ın qapıçısı millidə 2 qol buraxdı
U-21 millimizin Omanla oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq