İngiltərə millisinin və “Barselona”nın vingeri Entoni Qordon İspaniya klubuna keçidinin karyerasına təsirindən danışıb.
QOL.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, daha əvvəl “Nyukasl”da çıxış edən futbolçu İngiltərədə əsasən sürəti və pressinqi ilə qiymətləndirildiyini bildirib:
“Düşünürəm ki, indi bir çox insanın gözündə tamamilə fərqli futbolçuya çevrilmişəm. İngiltərədə məni həmişə yalnız sürətim və pressinq bacarığıma görə qiymətləndirirdilər. Əslində isə heç kim texniki səviyyəmə və oyun zəkama diqqət yetirmirdi.
Deyəsən, bunu yalnız birlikdə oynadığım futbolçular görürdü. İndi “Barselona”da fərqli üslubda çıxış edirəm və bu keyfiyyətlərim daha çox ön plana çıxır. İnsanlar artıq yalnız sürətimlə fərqlənmədiyimi görməyə başlayıblar.
İngiltərədə bacarıqlarım heç vaxt həqiqətən qiymətləndirilmədi. İnsanlar məni sadəcə çox sürətli və hücumameyilli futbolçu kimi görürdülər. İspaniyada isə oyun zəkama və texniki bacarıqlarıma daha çox dəyər verilir. Çünki “Barselona”da texnikan və oyun zəkan yoxdursa, hamıdan fərqlənəcəksən”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi