“Real”ın futbolçusu əməliyyat olunacaq

“Real”ın futbolçusu əməliyyat olunacaq
DÜNYA FUTBOLU 30 Sentyabr 2026 / 17:15 193
-  A +

“Real”ın müdafiəçisi Raul Asensio zədə səbəbindən komandasının yaxın oyunlarında iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, futbolçunun sağ ayağında sınıq aşkrlanıb. Bu haqda "Real" məlumat yayıb.

O, oktyabrın 1-də əməliyyat olunacaq.

Qeyd edək ki, Asensio bu zədə səbəbindən yanvar ayından, yəni təxminən 9 aydır əziyyət çəkir. Milli komandaların oyunları üçün yaranan üç həftəlik fasilədə müdafiəçi zədəni konservativ müalicə ilə sağaltmağa çalışsa da, bu üsul nəticə verməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

topaz banner