“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi

“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 22:38 410
-  A +

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurası (PFDK) “Qalatasaray”ın baş məşqçisi Okan Burukun cəzasını açıqlayıb.

QOL.az xəbər verir ki, mütəxəssis “Trabzonspor”la oyunda hakimə qarşı idman prinsiplərinə zidd hərəkətinə görə 1 rəsmi matçlıq cəzalandırılıb. O, həmin müddətdə paltardəyişmə otağına və ehtiyat oyunçular skamyasına daxil ola bilməyəcək. Bununla yanaşı, Buruka 100 min Türkiyə lirəsi məbləğində cərimə tətbiq olunub.

Beləliklə, Okan Buruk milli komandaların oyunları ilə bağlı fasilədən sonra keçiriləcək “Kasımpaşa” ilə görüşdə komandasının yanında ola bilməyəcək. Cəzasını bu matçda başa vuracaq baş məşqçi növbəti turda və “Fənərbaxça” ilə derbidə iştirak edə biləcək.

Qeyd edək ki, “Qalatasaray”ın futbolçusu Lesley Uqoçukvu da “Trabzonspor”la oyunda rəqib futbolçuya qarşı ciddi qayda pozuntusuna görə 2 rəsmi matçlıq cəzaya məruz qalıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner