Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?

Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
DÜNYA FUTBOLU 30 Sentyabr 2026 / 13:27 574
-  A +

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Vvnger KONKAKAF Millətlər Liqasının A Liqasında Hondurasla matçın (0:1) 10-cu dəqiqəsində ayağından zədə alaraq oyunu davam etdirə bilməyib. Onu Tayriz Kempbell əvəzləyib.

QOL.az xəbər verir ki  Yamayka millisinin baş məşqçisi Rudolf Speyd (Rudolph Speid) matçdan sonra keçirilən mətbuat konfransında Sefasın zədəsinin komandanın oyun planına təsir etdiyini bildirib:

“Əlbəttə, onun meydanı tərk etməsi bizə təsir etdi. Ondan sürəti və bacarığı hesabına yaxşı oyun gözləyirdik. Zədələnəndən sonra taktikanı dəyişməli və müəyyən düzəlişlər etməli olduq. Bunlar yəqin ki, istədiyimiz qədər effektli olmadı”.

Baş məşqçi Sefasın zədəsinin nə dərəcədə ciddi olduğunun hələ bilinmədiyini də qeyd edib: “Hazırda onun zədəsinin dərəcəsini bilmirəm”.

Bildirilib ki, Sefas tibbi müayinədən keçiriləcək və bundan sonra onun vəziyyətinə aydınlıq gələcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner