“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov

“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2026 / 19:35 590
-  A +

Azərbaycan millisinin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə sabah keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda keçirilən mətbuat konfransında qarşılaşmada qələbə qazanmalarının olduqca vacib olduğunu bildirib:

“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirib qələbə qazanmalıyıq. Bu, çox önəmlidir".

Mahmudov Lixtenşteyn millisinin zəif hesab olunmasının komandada təzyiq yaradıb-yaratmadığı ilə bağlı sualı belə cavablandırıb:

"Komandada gərginlik yoxdur, amma hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əvvəlki rəqiblərə nəzər salsaq, bəzən bizdən qələbədən daha çox, yaxşı oyun gözlənilirdi. İndi isə yaxşı oyun kifayət deyil, sona qədər mübarizə aparmalı və mütləq qələbə qazanmalıyıq".

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

topaz banner