Türkiyə millisinin heyətindən çıxarıldı

Türkiyə millisinin heyətindən çıxarıldı
XƏBƏR 30 Sentyabr 2026 / 12:06 678
-  A +

Türkiyə millisinin futbolçusu Orkun Kökçü Türkiyə millisinin düşərgəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının İtaliya ilə oyununda (1:4) ağrılarına baxmayaraq start heyətində meydana çıxmışdı. Lakin onun ayaq barmağındakı ağrıları daha da artıb. Bu səbəbdən Kökçü millinin heyətindən çıxarılıb.

Türkiyə Futbol Federasiyasından bildirilib ki, futbolçu müalicəsini klubu "Beşiktaş"a davam etdirəcək.

Xatırladaq ki, Türkiyə millisi UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə qarşılaşacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner