"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."

"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 20:51 423
-  A +

“Beşiktaş” Avropa Liqasının Liqa mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva" klubuna qarşı ev oyununu Gürcüstanın Batumi şəhərində keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə İstanbulda Anadolu Agentliyinin “İdman Masası” proqramında danışan “Beşiktaş”ın prezidenti Serdal Adalı məlumat verib.

O bildirib ki, qarşılaşma azarkeşlərin iştirakı ilə keçiriləcək:

“UEFA-nın belə hallarda eyni ölkə və ya region komandalarının müəyyən məsələlərə görə eyni yerə düşməməsi ilə bağlı tətbiqləri var. Bizim üçün də bu, o qədər fərq edən məsələ deyildi. Buna görə müraciətlər etdik və İsrail komandası ilə Batumidə oynayacağıq. Ən əsası isə matç azarkeşlərin iştirakı ilə keçiriləcək.

Öz meydanımızda Avropa kuboklarında oynayarkən tribunadan əldə olunan gəliri də hesablayırıq. Təəssüf ki, ötən dəfə həm xaricdə, həm də azarkeşsiz oynadıq və bununla yanaşı, tribunalardan əldə ediləcək gəlirdən də məhrum olduq.

Bu il yenidən müraciət etdik. Gürcüstanın Gənclər və İdman Nazirliyi və federasiyası ilə görüşdük. Püşkatmadan sonra UEFA-nın baş katibi və digər rəsmilərlə də danışdıq. Onlar da vəziyyətdən xəbərdardırlar”.

Adalı “Beşiktaş”ın Avropa Liqasındakı digər rəqibinin Cənubi Kipr klubu olduğunu da bildirib və zarafatla komandasının həmişə çətin püşklərlə üzləşdiyini deyib:

“Biz çətinliklərin klubuyuq. “Beşiktaş”ın hansı il asan püşkü, asan səfəri və ya asan təqvimi olub ki...”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner