“40 min əhalisi olan kiçik ölkəyik, favorit Azərbaycan millisidir”

“40 min əhalisi olan kiçik ölkəyik, favorit Azərbaycan millisidir”
XƏBƏR 30 Sentyabr 2026 / 18:03 592
-  A +

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycanla sabah Bakıda keçiriləcək oyun barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis bu gün Bakıda keçirilən mətbuat konfransında Azərbaycan millisini qarşılaşmanın favoriti hesab etdiyini bildirib:

“Üç gün əvvəl yoxlama görüşündə Malta ilə oynadıq. Qarşıdakı matçı səbirsizliklə gözləyirik. Yaxşı hazırlaşmışıq. Düşünürəm ki, qənaətbəxş nəticə əldə edə bilərik. Azərbaycanın Litva ilə oyununu təhlil etmişik. Azərbaycan bizimlə oyunun favoritidir, amma sabah hər şeyin necə olacağını görəcəyik. Rəqib yarımmüdafiə və hücum xəttində təhlükəlidir. Heyətimizdə zədəli futbolçunun olmaması bizim üçün çox vacibdir”.

Fünfştük Lixtenşteyn millisində hazırda da peşəkar futboldan başqa işlə məşğul olan oyunçuların olduğunu söyləyib:

“25 il əvvəlki vəziyyət bu gün də demək olar ki, eynidir. Futboldan başqa peşəsi olan çoxlu oyunçumuz var. Azərbaycanlı futbolçuların isə Çempionlar Liqasında çıxış təcrübəsi var. Biz bunu bilirik”.

O, komandasının son oyunlardakı uğursuz nəticələrinə də toxunub:

“Biz 40 min əhalisi olan kiçik ölkəyik. Sabahkı oyunun favoriti Azərbaycandır. Yalnız nəticə barədə düşünmürük, həm də yaxşı oyun göstərmək istəyirik. Sabah azarkeşlərə pis komanda olmadığımızı göstərməyə çalışacağıq”.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

topaz banner