“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz

“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 20:16 457
-  A +

“Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın qərarına etiraz edib.

QOL.az xəbər verir ki, klubun rəsmi saytında yayılan açıqlamada qərardan məyus olduqları və təəccübləndikləri bildirilib.

Klub ittihamlarla bağlı günahsız olduğunu və mövqeyini təsdiqləyən çoxsaylı sübutların mövcudluğunu vurğulayıb. “Mançester Siti” qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb:

"Qərarda hüquq, prinsiplər və faktlarla bağlı ciddi səhvlər olduğunu düşünürük. Buna görə də qərarı etibarlı hesab etmirik. Mövcud apellyasiya imkanlarından istifadə edəcəyik. Klub səkkiz il ərzində bütün prosedurlara vicdanla əməl edib və Premyer Liqanın müstəqil, qərəzsiz və ədalətli tənzimləyici kimi fəaliyyət göstərəcəyinə inanıb".

Qeyd edək ki, Premyer Liqa “Mançester Siti”nin maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı 115 ittiham üzrə təqsirli bilindiyini açıqlayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner