Medianın İnkişafı Agentliyinin layihəsi
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı növbəti həmsöhbətimiz 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə məşqçi müəllimi, əməkdar məşqçi Adil Sadıqovdur.
A.Sadıqov əvvəlcə Uşaq-Gənclər İdman Məktəblərində cüdo məşqlərinin keçirilməsi haqda danışıb: "Uşaq-Gənclər İdman məktəblərində cüdo məşqlərinin keyfiyyətini, yeniyetmələrinin Avropa və Dünya birinciliklərində iştirakı və qazandıqları mükafatlar ilə qiymətləndirmək olar. Bugünkü gün bu nəticə çox yüksəkdir. Məsələn, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər- İdman Məktəbinin yetirmələrindən Vüsal Qələndərli, Nizami İmranov gənclər üzrə dünya çempionatında, Ramazan Əhmədov, Əbil Yusifov, Məhəmməd Məmişov, Vüsalə Hacıyeva yeniyetmələrin Avropa birinciliyində, Rüfət Şövlətov isə açıq Asiya birinciliyində uğur qazanıb".

O, qeyd edib ki, cüdo məşqləri peşəkar məşqçilər tərəfindən keçirilir: "Məşqlər ali təhsilli və sırf peşəkar məşqçilər tərəfindən aparılır. Cüdo dərsləri ibtidai hazırlıq qrupları üçün həftədə 3 dəfə, təlim-məşq qrupları üçün isə həftədə 5-6 dəfə keçirilir".
A.Sadıqov məşq zamanı hər bir tələbəyə individual yanaşdıqlarını söyləyib: "Asan məşq olmur. Hər bir idmançıya individual yanaşılmalıdır. İdmançının götürə biləcəyi yükü başa düşüb, onu inandırmaq və ruhlandırmaq lazımdır. O zaman məşq asan və maraqlı olur".

Əməkdar məşqçi bunu da vurğulayıb ki, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində tələbələr üçün bütün lazımi şərait yaradılıb: "2011-ci ildə məktəbimiz əsaslı təmir olunmuşdur. Hər il mütəmadi olaraq bəzi təmir işləri aparılır. Məşq meydançası və idman zalları isə lazımlı avadanlıqlarla təmin olunmuşdur".
O, orta məktəblərdə fiziki tərbiyə fənninin daha yaxşı səviyyədə tədris olunmasının lazım gəldiyini deyib: "Ümumiyyətlə, orta məktəblərdə fiziki tərbiyə fənninə daha çox fikir verilməlidir. Bizə sağlam və möhkəm gənclər lazımdır".
A.Sadıqov Azərbaycanda uşaqların, yeniyetmələrin və gənclərin idmana olan marağının ildən-ilə artdığını da bildirib: "Vətənimizdə keçirilən mötəbər turnir və yarışlar uşaqların idmana olan marağının artmasına səbəb olur. Bu, böyük təsirdir. Bu tədbirlərin keçirilməsi çox vacib və faydalıdır".

O, qeyd edib ki, öz tələbələri arasında Respublika çempionları, Avropa kuboku və Avropa çempionatının qalibləri, İslam Həmrəyliyi Oyunlarının qalibi, beynəlxalq yarışların, Asiya çempionatlarının mükafatçıları da var: "Mənim tələbələrim arasında uğur qazananlar çoxdur. Məsələn, Respublika çempionu, Avropa kubokunun, Avropa cempionatının qalibləri, İslam Həmrəyliyi Oyunlarının qalibi, beynalxalq yarışların, Asiya çempionatının mükafatçıları var".
Həmsöhbətimiz ölkədə cüdoya olan marağın daha da artması üçün dövlət səviyyəsində işlərin görüldüyünü vurğulayıb: "Başda cənab Prezidentimiz, Milli Olimpiya Komitəsi olmaqla, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, nəinki cüdoya, bütün idman növlərinə marağın artması üçün lazımlı addımları atıblar. Bu göz qabağındadır".
A.Sadıqov cüdo ilə əlaqədar müxtəlif aksiyaların təşkil olunduğunu, məşhur idmançılarımızın gənclərlə görüşdüyünü dilə gətirib: "Azərbaycan Cüdo Federasiyasının “Qızlara ağ yaraşır” aksiyası, dünyada güləşmiş idmançılarımızın açıq dərs keçirmələri, təlim-məşqlərə qoşulmaları buna sübutdur".

Əməkdar məşqçi öz tələbələrinə necə motivasiya verdiyini də açıqlayıb: "Tələbələrimin hər birinin uğuru qiymətləndirilir. Adi bir şirniyyat süfrəsi də onlar üçün motivasiyadır. Ad günlərini bir yerdə keçirmək artıq ənənə halına çevirilib".
O, sonda idmançının həm də savadlı bir fərd olaraq yetişməsi üçün məşqçinin, məktəbin və valideynin ortaq iş görməli olduğunu deyib: "Profesonal idmanla məşgul olmaq, çox cətin bir yoldur. Bu işdə məşqçi, valideyn, məktəb birləşməsi vacibdir. Bu üçlük bir olsa, heç bir çətinlik olmur".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi