300-cü qələbə

300-cü qələbə
PREMYER LİQA 12 Oktyabr 2026 / 14:40 359
-  A +

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının 7-ci turuna təsadüf edib. Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.

Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn “Kəpəz” neytral meydançalarda 4 dəfə qələbəyə sevinib. İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner