“Bavariya”nın prezidenti Herbert Hayner “Real”ın Maykl Olise ilə maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib. O, fransalı vingerin Münhen klubu ilə müqaviləsini uzadacağına ümid etdiyini deyib.
QOL.az xəbər verir ki, Hayner “Bild”ə açıqlamasında klubun futbolçunu satmaq məcburiyyətində olmadığını vurğulayıb:
"Bavariya” futbolçularını satmağa məcbur olmayan klubdur. Çünki biz qərarlarımızı güclü mövqedən veririk. Olisenin müqaviləsi 2029-cu ilə qədərdir və ümid edirəm ki, o, anlaşmasını uzadacaq. Mayklın komandamızda olmasından son dərəcə məmnunuq. O, dünyanın ən yaxşı futbolçularından birinə çevrilib. Əminəm ki, bir gün “Qızıl top”u qazana bilər. Hətta bəlkə də bu il qazanar".
Qeyd edək ki, Olise 2024-cü ildən “Bavariya”da çıxış edir. O, Münhen klubunun heyətində keçirdiyi 115 matçda 50 qol vurub və 58 məhsuldar ötürmə edib.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu