“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqasının Texniki Müşahidəçilər Qrupuna daxil edilib.
QOL.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Mayın 30-da “Liverpul”dan ayrılan niderlandlı mütəxəssis dörd aydan bir qədər çox müddətdən sonra yeni fəaliyyətə başlayıb. O, 36 ekspertin yer aldığı qrupun tərkibində Avropa turnirlərində keçirilən oyunları, taktiki tendensiyaları və məşqçilik yanaşmalarını təhlil edəcək. Həmçinin statistika və video materiallar əsasında texniki hesabatların hazırlanmasında iştirak edəcək.
Qrupun üzvləri arasında Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də var.
Slotun yeni vəzifəsi məşqçilik fəaliyyəti ilə bağlı deyil. O, futbolçuların idarə olunmasında və komandanın oyunlara hazırlanmasında iştirak etməyəcək.
Qeyd edək ki, Arne Slot 2024-cü ildə “Liverpul”un baş məşqçisi təyin olunub və komandaya 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının çempionluğunu qazandırıb. Bundan əvvəl o, “Feyenoord”la Niderland çempionu olub və 2022-ci ildə komandanı UEFA Konfrans Liqasının finalına çıxarıb.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər