“Slaviya”nın futbolçusu Tomaş Vlçek UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Sabah”la keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi jurnalistlərin suallarını cavablayıb:
- “Slaviya” Çempionlar Liqasında sonuncu dəfə 17 il əvvəl qələbə qazanıb...
- Təzyiq bizə mane olmur. “Lans”la Çempionlar Liqası matçından sonra yaxşı nəticələr əldə etdik. Düşünürəm ki, həmin oyunda baş verənlər bizə müsbət təsir göstərdi. Komandamız Çempionlar Liqasında qələbə qazanmağa layiqdir.
- Oyundan əvvəl komanda yoldaşlarınız iddialı açıqlamalar veriblər. Düşünmürsünüz ki, bu, rəqibə əlavə motivasiya verə və sizə mənfi təsir göstərə bilər?
- Uzun müddətdir Çempionlar Liqasında qələbə qazanmırıq. Bu, bizi daha da motivasiya edir. Bakıdan qələbə ilə qayıtmaq istəyirik.
- Bir çox təhlillərə görə, oyunun favoriti sizsiniz. Bu barədə nə düşünürsünüz?
- “Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələlərində yaxşı çıxış etdilər. Rəqibimiz yüksək səviyyəli komandadır. Mən də hamı kimi düşünürəm ki, çox yaxşı futbol oynayırlar. Təbii ki, bizi güclü rəqib gözləyir. Bununla belə, oyuna hazırlaşmaq üçün əlimizdən gələni etmişik.
Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də start götürəcək.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək