Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər
DÜNYA FUTBOLU 12 Oktyabr 2026 / 18:03 483
-  A +

Lionel Messi oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edəcək.

QOL.az xəbər verir ki, bu barədə “LiveScore” məlumat yayıb. Bildirilir ki, argentinalı futbolçu və ailəsi mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər.

Messi karyerasında 9-cu dəfə “Qızıl top”u qazana bilər. O, indiyədək rekord sayda - 8 dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 38 yaşlı hücumçu əsasən dünya çempionatındakı uğurlu çıxışına görə mükafata namizədlər siyahısına daxil edilib. Səsvermə artıq başa çatsa da, qalibin adı mərasimədək açıqlanmayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner